- Baxış sayı: 73
- 13 Noyabr 2026 19:23
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Çempionlar liqasında mübarizə aparan kişi voleybolçulardan ibarət “Azərreyl” klubu ötən gün Serbiyada “Radniçki” klubunun qonağı olub.
Allsport.az xəbər verir ki, “Jezero” arenasında keçirilən qarşılaşma ev sahibinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Reqlamentə əsasən, hər iki görüşdə məğlub olan “Azərreyl” çempionlar liqasında mübarizəni dayandırıb. Təmsilçimiz mübarizəsini CEV kubokunda 1/32 final mərhələsindən davam etdirəcək. Bu turnirdə komandamızın rəqibi “ACH Volley Ljubljana” və “Orion Stars Doetinchem” cütünün məğlub komandası olacaq.