«Azərreyl» də avrokuboklarda mübarizəni dayandırdı

Bu gün qadın voleybolçuların Çağırın kubokunda 1/8 final mərhələsi başa çatıb. Allsport.az xəbər verir ki, yarışda ölkəmizin yeganə təmsilçisi «Azərreyl» Bakıda Norveçin «Stod Volley» klubuna qarşı cavab matçına çıxıb.

İlk görüşdə səfədə «vikinqlər»ə 1:3 uduzan «dəmiryolçular», evdə rəqibə əsas hissədə qalib gəlib – 3:0 (25:19, 25:20, 25:21).

Qalibi müəyyən etmək üçün «Qızıl set» oynanılıb. Həlledici mərhələdə daha yaxşı çıxış edən «Stod Volley» mərhələni adlayan tərəf olub (18:16).

Buna qədər CEV kubokunda «Lokomotiv» 1/4 finalda mübarizəni dayandırıb.

Həmin kateqoriyadan