- Baxış sayı: 31
- 13 Avqust 2026 20:08
- Baxış sayı: 555
- Avqust 12, 2026
- 0
“Azərreyl” heyətinə daha 2 voleybolçu qatıb. Allsport.az saytı xəbər verir ki, “dəmiryolçular” Azərbaycan millisinin oyunçuları Aynur Kərimova, Şəfaqət Həbibova, İrina Makarenko və Belarus yığmasının hücumçusu Oksana Kovalçukun ardınca, daha 2 voleybolçunun transferini gerçəkləşdirib.
Yeni mövsümdə Vüqar Əliyevin çalışdıracağı “Azərreyl” rusiyalı Yuliya Stenkina və ukraynalı Olqa Savençukla danışıqları müsbət yekunlaşdırıblar. Hər 2 oyunçu ilə 1 illik anlaşılıb.