“Azərreyl” evdə Qazan “Dinamo”suna uduzdu

Bu gün Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Avropa Çempionlar Liqasında növbəti matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, “dəmiryolçular” 4-cü turda evdə Rusiyanın Qazan “Dinamo”sunu qəbul edib.

Üstün oyun nümayiş etdirən qonaqlar 3:1 hesabı ilə qalib gəliblər (25:20, 21:25, 25:21, 25:17). Şimal komandası “A” qrupunda 12 xalla liderdir. 1 görüş az keçirən Bakı “Lokomotiv”inin 6, “Azərreyl”in 3, “Alyants Ştuttqart”ın 0 xalı var.

 

Həmin kateqoriyadan