- Baxış sayı: 53
- 13 Avqust 2026 20:08
- Baxış sayı: 566
- Avqust 12, 2026
- 0

Bu gün qadın voleybolçulardan ibarət “Azərreyl” klubu çempionlar liqasında “Fənərbağça”nı qəbul edib. Allsport.az saytı xəbər verir ki, “dəmiryolçular” hər 3 setdə İstanbul təmsilçisinə məğlub olaraq, növbəti mərhələyə adlamaq imkanını son otuna saxlayıblar- 0:3 (19:25, 16:25, 22:25).
Hesabında 15 xal olan “Fənərbağça” qrup lideridir və növbəti mərhələyə vəsiqəni təmin edib. “Azərreyl” 9 xalla 2-ci, Polşanın “Dabrova Qornitsa” klubu 6 xalla 3-cü pillədə yer alır. Fransanın “Sen-Rafael” komandasının isə xalı yoxdur.