“Azərreyl” və “Lokomotiv” klubları Superliqada qələbə qazanıblar

Qadın voleybolçular arasında Azərbaycan Super Liqası yarışlarının 4-cü turu çərçivəsində iki oyun keçirilib. Allsport.az saytı xəbər verir ki, turun ilk görüşü “Gənclik ” Olimpiya İdman Kompleksində Avropa Çempionlar Liqası yarışlarındakı təmsilçilərimiz “Telekom” və “Azərreyl” komandaları arasında oynanılıb. Görüş “Azərreyl”in 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Günün ikinci qarşılaşmasında adı çəkilən turnirdə çıxış edən “Lokomotiv” komandası CEV kubokunda ölkəmizi təmsil edən “Azəryol”u qəbul edib. Azərbaycan Voleybol Mərkəzində keçirilən görüşdə “Lokomotiv” komandası 3:1 hesabı ilə qalib gəlib.

Hesabında 6 xal olan “Telekom” və “Azərreyl” turnir cədvəlinin ilk iki pilləsində qərarlaşıb. “Azəryol” isə üç xalla 3-cü yerdədir (Yarış cədvəli ön səhifəmizdə).

Həmin kateqoriyadan