- Baxış sayı: 48
- 01 May 2024 23:25
- Baxış sayı: 52
- May 01, 2024
- 0
Lüksemburqda qadın və kişi voleybol klubları arasında Çağırış kubokunun püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, tədbirin nəticəyə görə “Azərreyl” Rumıniyanın “Ştiinta” komandası ilə qarşılaşacaq. Qızlarımız yarışa 1/16 finaldan başlayacaq.
Rumıniya təmsilçisi ilə ilk oyununu dekabrın 12-14-də səfərdə keçirəcək. Cavab matçı isə gələn il yanvarın 9-11-də Bakıda olacaq.
Kişi voleybolçuların Azərbaycan çempionu “Lokomotiv”in də rəqibi müəyyənləşib. Avrokubokda debüt edəcək Bakı klubu Kiprin “Apoel” komandası ilə üz-üzə gələcək. Mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq komandamız ilk oyununu noyabrın 21-23-də paytaxtımızda, ikinci görüşünü isə 1 həftə sonra səfərdə keçirəcək.