“Azərreyl” və “Murov” arasında görüşdə qalib 5-ci hissədə bilindi

Bu gün qadın voleybolçuların yüksək liqasında IV dövrəyə start verilib. Allsport.az saytı xəbər verir ki, 10-cu turun ilk matçında “Azərreyl” və “Murov” qarşılaşıblar. Mərkəzi görüş 5-ci hissəyə qədər uzandı. Həlledici setdə “dəmiryolçular” sevindi.

Bakı voleybol mərkəzində “Abşeron” və UNEC komandaları arasında matç gözlənildiyi kimi son ölkə çempionunu qələbəsi ilə bitib. Əvvəlki oyunlardan fərqli, bu dəfə “tələbələr” rəqibə ciddi müqavimət göstəriblər.

“Azərreyl” – “Murov” 3:2 (25:18, 23:25, 25:18, 22:25, 15:10)
“Abşeron” – UNEC 3:0 (25:21, 25:23, 25:10)

Həmin kateqoriyadan