“Azərreyl” və “Murov Az Terminal” asan qələbə qazandı

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatının IV turu çərçivəsində 2 oyun keçirilib

Allsport.az xəbər verir ki, günün ilk matçında “Milli Aviasiya Akademiyası” “Azərreyl”i qəbul edib.

İlk turda uduzan “dəmiryolçular” ardıcıl üçüncü qələbəni qazanıblar. “Azerreyl” hər üç seti üstün bitirib.

Günün 2-ci qarşılaşmasında isə “Murov AZ Terminal” UNEC-i asanlıqla məğlub edib. “Tələbələr”in cəmi 26 xal qazanması oyunun hansı məcrada keçməsindən xəbər verir.

Bu nəticələrdən sonra “Azərreyl” və “Murov AZ Terminal” xallarını 9-a yüksəldiblər.

16:00. “Milli Aviasiya Akademiyası” – “Azərreyl” – 0:3 (23:25, 22:25, 17:25)

18:00. “Murov AZ Terminal” – UNEC – 3:0 (25:8, 25:8, 25:10)

Həmin kateqoriyadan