”Azərreyl”, “Xilasedici” və “Murov Az Terminal”dan qələbə

”Azərreyl”, “Xilasedici” və “Murov Az Terminal”dan qələbə

Kişi voleybolçuların yüksək liqasında növbəti turun oyunları keçirilib. 

Allsport.az xəbər verir ki, bu gün baş tutan XVII tur çərçivəsində Sumqayıt OİK-də “Gənclər” komandası “Azərreyl”lə, FHN-nin idman zalında “Xilasedici” MOİK-lə, GİN-nin voleybol mərkəzində isə “Neftçi” klubu “Murov Az Terminal”la üz-üzə gəlib. 

“Azərreyl” və “Xilasedici” komandaları 3:0, “Murov Az Terminal” klubu isə 3:1 hesabı ilə qələbə qazanıblar.

Yüksək liqa 

28 mart 

XVII tur 

“Xilasedici” – MOİK 3:0 (27:25, 25:15, 25:15)

“Gənclər” – “Azərreyl” 0:3 (23:25, 14:25, 13:25)

“Neftçi” – “Murov Az Terminal” 1:3 (20:25, 27:29,  27:25, 16:25)

Həmin kateqoriyadan