“Azərreyl”də yeni baş məşqçi

“Azərreyl”in kişi voleybol klubunu Qazaxıstan millisinin baş məşqçisi Boris Qrebennikov çalışdıracaq. Allsport.az saytı xəbər verir ki, onunla 1 illik müqavilə imzalanıb. Mütəxəssisin qarşısına əsas hədəf kimi “dəmiryolçular”ı yüksəklərə daşımaq və Azərbaycan yığmasına yeni adlar qazandırmaq tapşırığı qoyulub.

65 yaşlı xoca Fransanın kişilərdən ibarət “Renn” klubunda oynayan məşqçi, daha sonra baş məşqçi kimi çalışıb. Bu komandaya ölkə kubokunu qazandırıb. Ardınca, Rusiyada “Qazprom-Yuqra” və “Ural” kimi böyük komandaların sükanı arxasında olub.

Tunisdə “Etual du Sahel”də də işləyən çalışdırıcı burada ölkə çempionatını və superkubokunu qazanıb.

“Azərreyl”in qadınlardan ibarət komandası Cingiz Axarçeşməyə tapşırılıb.

Həmin kateqoriyadan