- Baxış sayı: 34
- 29 İyun 2026 16:45
- Baxış sayı: 96
- İyun 26, 2026
- 0

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.
Allsport.az xəbər verir ki, günün yeganə matçı GİN-nin voleybol mərkəzində baş tutub.
Bu qarşılaşmada yüksək liqanın liderləri üz-üzə gəliblər. “Azərreyl” ən yaxın izləyicisi “Murov Az Terminal”la qarşılaşıb və azarkeşlər gərgin mübarizəyə şahidlik ediblər. 5 set davam edən oyunda “dəmiryolçular” böyük əzimkarlıq göstəriblər. “Azərreyl” hesabda 0:2 geri düşsə də, ardıcl 3 setdə qalib gəlib.