“Azərreyl”dən növbəti qələbə

“Azərreyl”dən növbəti qələbə

Bu gün qadın voleybolçular arasında yüksək liqada yeni ilin ilk oyunu keçirilib. Allsport.az xəbər verir ki, voleybol mərkəzində təşkil edilən matçda “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gəlib.

İlin ilk matçı “Azərreyl”in üstünlüyü ilə başa çatıb. Eldar Yusubovun komandası hər üç setdə üstün oyun nümayiş etdirərək, görüşü qələbə ilə başa vurub – 3:0 (25:18, 25:18, 25:21).

Beləliklə, bu oyundan sonra aktivinə 3 xal yazdıran “Azərreyl” 6 xalla turnir cədvəlində 1-ci pilləsində, “Murov” isə 3 xalla 2-ci yerdə qərarlaşıb. “Abşeron” və UNEC-in xalı yoxdur.

Qeyd edək ki, bu gün keçirilməsi nəzərdə tutulan “Murov” – UNEC qarşılaşması universitet təmsilçisinin əksər oyunçularının səhhətində problem yarandığı üçün təxirə salınıb.

Həmin kateqoriyadan