“Azərreyl”in liberosu: İndi UNEC daha çox həvəskar komandaya bənzəyir

Bakı voleybol mərkəzində qadınların yüksək liqasının 6-cı turunda “Azərreyl” autsayder UNEC-ə 3:0 qalib gəlib. Flaqmanın liberosu Yuliya Kərimova, allsport.az saytına matçın onlara rahat keçdiyini deyib:

“Rəqib ötən ilə nisbətən xeyli zəifləyib. İndi daha çox həvəskar komandaya bənzəyir. Heyətin böyük hissəsi keçmiş idmançılardandan qurulub. Onlar öz streslərini atmaq, formada qalmaq üçün oynayırlar.

Təbii ki, voleybol sevgisi də onlarda güclüdür. Yaxşı olar, bütün görüşləri belə rahat, rəqibə setlərdə 10 top qazanmasına imkan vermədən qalib gələk”.

Həmin kateqoriyadan