“Azərreyl”in voleybolçusu: “Qızların əksəri gəncdir, hər an həyəcanı boğa bilmirdilər”

Qadın voleybolçuların super liqasının 3-cü turunda “Azərreyl” klubu “Murov”u 3:0 üstələdi. “Dəmiryolçular” 1-ci və 3-cü setdə qələbəni çətinliklə qazandılar. Komandanın liberosu Yuliya Kərimova görüş barəsində allsport.az saytına bunu deyib:

“Hücumda uğurlu ola bilmirdik. Məndə müəyyən həyacan vardı. Məşqlər ayrı, rəsmi görüşlər ayrı. Xeyli müddət oynamamağımız öz təsirini göstərirdi.

Açıq-aşkar gərginlk vardı, amma biz xarakter göstərdik, komanda olaraq mübarizə apardıq. Qızların əksəri gəncdirlər, hər an həyəcanı boğa bilmirdilər. Təcrübəli olduğum üçün, vacib məqamda oyunu üzərimə götürürdüm. Fikrimcə, yaxşı mənada, orda hamını təəccübləndirdim.

4-cü zonada inanılmaz idim. Allaha çox şükür, bacardıq. Düzdür, daha yaxşısını istəyirdik. O da, İnşalah, gələn oyunlarda”.

Həmin kateqoriyadan