“Azərreyl”lə “Abşeron”dan qələbə

Qadın voleybolçular arasında Super Liqada daha 2 qarşılaşma oynanılıb. Allsport.az xəbər verir ki, matçlar mövsümdə ilk dəfə əyalətdə təşkil olunub.

Qubadakı İqtisad universitetinin idman-sağlamlıq mərkəzində baş tutan I dövrənin görüşündə ilk olaraq UNEC “Azərreyl”ə uduzub – 0:3 (22:25, 16:25, 14:25).

Eyni məkanda baş tutan 4 setin oynanıldığı qarşılaşmada “Abşeron” “Murov”a qalib gəlib – 3:1 (25:18, 26:24, 23:25, 25:19).

Bu oyunlardan sonra 3 oyuna 9 xal toplayan “Azərreyl” yenə turnir cədvəlində 1-cidir. Onlardan bir oyun çox keçirən “Abşeron” da eyni xala malikdir. “Murov”un 3-cüolduğu cədvəldə UNEC sonuncudur (0 xal).

Həmin kateqoriyadan