“Azərreyl”lə “Mübariz”dən qələbə

Qadın voleybolçuların super liqasında daha 2 oyun keçirilib. Allsport.az xəbər verir ki, Dərnəgül voleybol mərkəzində “Murov” “Azərreyl”ə 1:3 hesabı ilə uduzub – (16:25, 25:22, 21:25, 15:23).

Eyni meydanda “Mübariz” UNEC-dən üstün olub – 3:0 (25:15, 25:14, 25:14).

“Azərreyl” 18 xalla 1-ci pillədədir. 5 oyuna 9 xal yığan “Mübariz” 3-cü yerdədirsə, eyni sayda görüş keçirən “Murov” 3 xalla onları izləyir. UNEC isə 6 matçda cəmi 1 xal toplayıb və sonuncu pillədədir.

Həmin kateqoriyadan