- Baxış sayı: 91
- 02 Noyabr 2026 19:17
- Baxış sayı: 383
- Noyabr 09, 2026
- 0

Serbiyada “Good Light 2018” beynəlxalq fotomüsabiqədə həmyerlimiz İlqar Cəfərov fərqlənib. Allsport.az saytı xəbər verir ki, o, FIAP-ın qızıl medalına layiq görülüb.
“Həlledici an” nominasiyasında “Ağırlıqqaldıran qızın emosiyaları” azərbaycanlı fotomüxbirə uğur gətirib. Azərtac.az-ın əməkdaşı bu fotoşəkli Rio-2016 yay olimpiya oyunlarında çəkib.
Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının və Amerika Fotoqrafiya Cəmiyyətinin birgə təşkil etdiyi müsabiqəyə 50 ölkədən 320 fotoqrafın beş minə yaxın əl işi təqdim edilib.