“Azəryol” CEV kubokunun 1/8 finalına yüksəlib

Bakının qadın voleybolçulardan ibarət “Azəryol” komandası CEV kubokunun 1/8 finalına yüksəlib. Allsport.az saytı xəbər verir ki, bu gün Voleybol Mərkəzində baş tutan görüşdə Bakı təmsilçisi Rumıniyanın “Tarqoviste” klubunu qəbul edib.

Bolqarıstanlı baş hakim Lyubomir Sirakovun idarə etdiyi oyunda “Azəryol” hər 3 setdə qalib gəlib – 3:0 (25:23, 25:23, 25:17).

Rumıniyada keçirilən ilk görüşdə “Tarqoviste” 3:2 hesabı ilə qalib gəldiyi üçün, növbəti mərhələyə adlayan komandanın müəyyənləşməsi üçün “Qızıl set” oynanılıb. Həlledici setdə rəqibini 15:13 hesabı ilə məğlub edən “Azəryol” növbəti mərhələyə adlayıb.

Həmin kateqoriyadan