ÇL-2014
Avrokubokda ilk qələbə “Azəryol”a çətinliklə başa gəldi

Bu gün qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının yeni mövsümü start götürüb. Allsport.az saytı xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin açılış matçı Bakıda baş tutub.

Müstəqil Azərbaycanın ən köklü klubu olan “Azəryol”, tarixində 10-cu dəfə adı çəkilən yarışda mübarizəyə qoşulub. Rəqib, Fransa “Nant”ıdır. «B» qrupunun bu görüşü Voleybol Mərkəzində saat 18:00-da başlayıb. İlk setdə “xallı bəbirlər” üstün oynasa da, növbəti hissədə qərbi avropalılar fərqləniblər.

3-cü bölməyə Aleksandr Çervyakovun komandası yaxşı başlasa da, cona yaxın “Nant” ardıcıl 7 top qazanaraq, vəziyyəti xeyrinə dəyişib. 4-cü torda “Azəryol” hesabı bərabərləşdirib. Gərgin keçən tay-brekdə ölkə çempionatının gümüş mükafatçısı qalib gəlib.

Avropa Çempionlar Liqası, 1-ci tur
12 noyabr

«B» qrupu
18:00. “Azəryol” (Azərbaycan) – “Nant” (Fransa) – 3:2 (25:17, 18:25, 18:25, 25:16, 20:18)

 

Həmin kateqoriyadan