“Azəryol” “Lokomotiv”ə qalib gəldi

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XVI turun oyunu keçirilib. Allsport.az xəbər verir ki, günün yeganə qarşılaşması Voleybol Mərkəzində “Lokomotiv” və “Azəryol” komandaları arasında təşkil olunub.

Görüş “Azəryol”un 3:0 hesablı qələbəsi ilə başa çatıb (25:22, 25:12, 25:19). Bu asan qələbə ilə “Azəryol” turnir cədvəlində 2-ci pilləni ələ keçirib. Komanda “Rabitə” ilə xal fərqini də 5-ə endirə bilib.

Qeyd edək ki, 16-cı turun digər oyununda “Rabitə” “Azərreyl”ə 3:1 hesabı ilə qalib gəlib (25:21, 25:21, 21:25, 25:23).

Həmin kateqoriyadan