“Azəryol” Rumıniyaya birbaşa İstanbuldan yollanacaq

Türkiyədə hazırlığını davam etdirən Bakının qadınlardan ibarət “Azəryol” voleybol komandası 2015-ci ilin ilk rəsmi qarşılaşmasına İstanbuldan yollanacaq. Allsport.az xəbər verir ki, Azərbaycan Super Liqasının gümüş mükafatçası Bakıya dönmədən Rumıniyaya səfər edəcək.

Buna səbəb Çempionlar Liqasının dördüncü turu çərçivəsində “Ştiinta” komandası ilə qarşılaşmadır. Bakı təmsilçisi Rumıniyaya bu gün – yanvarın 12-də yollanacaq. Sözügedən komanda ilə görüş isə 2 gün sonra keçiriləcək.

Həmin kateqoriyadan