“Azəryol” yeni mövsümə Həştərxanda hazırlaşacaq. Avrokubokda rəqib “Panorama”dır

Qadın həndbolçulardan ibarət “Azəryol” klubu avrokubaklara hazırlığa başlayıb. Allsport.az saytı xəbər verir ki, paytaxtda açıq havada məşq keçən qızlarımız, avqustun 4-də Həştərxana təlim-məşqə yollananacaqlar. Ölkə çempionu ayın 19-na kimi orda qalacaq.

Komandamız yeni mövsümdə Avropa kubokunda mübarizə aparacaq. 2-ci raundda rəqib Yunanıstan “Panorama”sıdır. İlk oyunlar 16/17-sində, cavab matçları 23/24 oktyabrdadır.

Həmin kateqoriyadan