“Azəryol”dan rəsmi açıqlama

Son zamanlar KİV-də “Azəryol” voleybol klubu haqqında bəzi xoşagəlməz yazılar yazılıb. Allsport.az saytı xəbər verir ki, bu xəbərlərlə bağlı klub rəhbərliyi müəyyən açıqlamalar verib:

“Düzdür, son vaxtlar klubumuz haqqında bir çox yazılar yazıldı. Qısada olsa bu yazılara aydınlıq gətirmək isdərdik. Ilk olaraq onu qeyd edək ki, bu gün “Azəryol” voleybol klubunun müaliyyə problərinə görə heç bir borcu yoxdur. CEV kubokunda 3-cü olmuş komandamız, 2016-2017 mövsümündə Avrokuboklarda iştirakından imtina etməsənin müəyyən səbəbləri var.

Artıq neçə illərdirki, bir çox komandalarımızın heyətlərində əsas yeri legioner idmançılar tuturlar. Dünyaca tanınmış voleybolçuların yerli klublarda çıxış etmələri çox sevindirici haldır. Buna baxmayaraq, həmin idmançılar mövsüm və ya klubla müqavilələri bitdikdən sonra öz vətənlərinə dönürlər. Bir sözlə desək, legioner voleybolçular milli yığma komandamıza heç bir köməklik etmirlər. Hər zaman klublarla keçirilən iclaslarda da AVF-in 1-ci vitse-prezidenti Faiq Qarayev komandalarımızda yerli voleybolçulara üstünlük verilməsini qeyd edirdi. Biz də, “Azəryol” voleybol klubu olaraq federasiyasının yaninda olmağa çalışmışıq və bundan sonrada voleybolumuz üçün əlimizdən gələni edəcəyik.

Voleybol Azərbaycanda ən populyar idman növüdür. Bizdə voleybol ailəsinin bir üzviyik və beynəlxalq yarışlarda Avropa, Dünya çempionatlarında bayrağımızı yüksəklərə qaldıran milli komandamız üçün 3 illik bir layihəyə start verdik. Bu layihədə gənc oyunçuların oyun təcrübəsini artıraraq milli komandamıza layiqincə hazırlaşması üçün müəyyən işlər görəcəyik. Bu mövsümdən etibarən komandamızın esas heyətində milli oyunçularımızın gözəl oyununa şahid olacaqsınız. 3 illik layihənin əsas məqsədi yerli, gənc və perispektivli idmançıların inkişafı üçün lazımı şəraitin yaradılmasıdır və bu voleybolçuların əsas heyətdə çıxış edərək oyun təcrübələrinin artırılmasıdır ki, gələcəkdə milli komandamızın əsas heyətində yer ala bilsinlər.  Qarşıdakı illərdə isə yenidən  “Azəryol” Avrokuboklarda iştirak edəcək.

Sonda onuda qeyd edək ki, yaxın zamanda mətbuat konfransı keçirilərək media nümayəndələrini maraqlandıran bütün suallara aydınlıq gətiriləcək”.

Həmin kateqoriyadan