“Azəryol”la “Muşina” arasında keçiriləcək oyunların tarixi müəyyənləşib

“Azəryol”la “Muşina” arasında keçiriləcək oyunların tarixi müəyyənləşib

Bakının qadınlardan ibarət “Azəryol” klubunun Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının dörddəbir final mərhələsindəki oyunlarının tarixi müəyyənləşib. Allsport.az xəbər verir ki, Bakı təmsilçisi yanvarın 19-da Polşada “Muşina” komandasının qonağı olacaq. Komandalar arasında cavab oyunu yanvarın 27-də Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, turnirdə mübarizəyə onaltıdabir final mərhələsindən qoşulan “Azəryol” Rumıniyanın “Tarqoviste” və Finlandiyanın “Salo” klublarını yarışdan kənarlaşdırıb.

Həmin kateqoriyadan