“Azəryol”un avrokubok üçün iştirak ərizəsi

Qadın həndbolçulardan ibarət “Azəryol” klubunun Avropa kubokunda iştirak ərizəsi açıqlanıb. Allsport.az saytı xəbər verir ki, 2-ci raundda Yunanıstan “Panorama”sı ilə görüşəcək komandamızın heyətində 17 nəfər yer alıb. Onlardan 3-ü qapıçı, 14-ü sahə oyunçusudur. Bizdə 1 legionçu var. Bu da uzun müddətdir ölkəmizdə çıxış edən Alina Kuznetsovadır.

Qapıçılar: Pərvin Aslanova, Azaliya Həsənova, Mədina Musayeva;
Sahə oyunçuları: Fəridə Əliyeva, Mehparə Əliyeva, Alyona Barbakadze, Kamilə Bayramova, İranə Qasımova, Rəna Həsənova, Elnarə İbrahimova, Alina Kuznetsova, Minayə Məmmədova, Səkinə Musayeva, Anastasiya Obuxova, Ülviyyə Şərifova, Sabina Smaqina, İnarə Yusibova.

Komandalar arasında hər 2 matç Salonikidə olucaq. Oktyabrın 23-də matçda yunanıstanlılar, ertəsi gün təmsilçimiz meydan sahibi olacaq. 

Həmin kateqoriyadan