«Azəryol»un çətin İstanbul sınağı

Sabah «Azəryol» klubu Avropa Çempionlar Liqasının «B» qrupunda növbəti oyununu keçirəcək. Allsport.az saytı xəbər verir ki, ölkə qadın voleybolunun bayraqdarı səfərdə “Fənərbağça”nın qonağı olacaq.

Aleksandr Çervyakovun komandası ilk matçda Fransa «Nant»ını Bakıda 3:2 məğlub etməklə, mərhələ adlamaq imkanını yaxşılaşdırıb. «Xallı bəbirlər» İstanbul təmsilçisə qarşı ciddi müqavimət göstərərsə, irəliyə doğru daha bir addım atmış olacaq.

Bu görüş saat 21:00-da Burxan Fələk Voleybol Salonunda başlayacaq.

Həmin kateqoriyadan