Azad Rəhimovun daha bir kadrı “vuruldu”: Elçin Həsənov su idman sarayı direktorluğundan azad olundu

Bakı su idman sarayının direktoru Elçin Həsənov vəzifəsindən azad olunub. Allsport.az saytı xəbər verir ki, Fərid Qayıbovun əmri ilə onun yerinə Zaur Yaqubov təyinat alıb. O bu sahədə işini üzgüçülük federasiyasında vitse-prezident olaraq davam etdirəcək.

Elçin Həsənov sabiq gənclər və idman naziri Azad Rəhimovun qaynıdır. Hazırkı nazirə sözü gedən şəxsin vəzifəsindən uzaqlaşdırılmasının hansı əsasla təqdim olunması hələlik açıqlanmır. Amma məsələnin bundan irəli gəlməsi ehtimalı idman ictimaiyyətində dolaşmaqdadır.

Elçin Həsənov 7 ildir bu vəzifədə çalışıb. Onun rəhbərliyi ilə Bakı su idman sarayında 2015-ci ildə 1-ci Avropa oyunları, 2017-ci ildə İslam həmrəyliyi oyunları və 2019-cu ildə Avropa gənclər olimpiya festivalı kimi mötəbər yarışlar keçirilib. 

Həmin kateqoriyadan