“Azarkeşlərin dəstəyi millimiz üçün çox vacibdir”

“Azarkeşlərin dəstəyi millimiz üçün çox vacibdir”

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov qadın voleybolçuların Avropa çempionatı öncəsi milliyə uğurlar arzulayıb və azarkeşləri komandaya dəstək olmağa çağırıb. Allsport.az saytı xəbər verir ki, o, milli komandanın yarışda uğurlu çıxış edəcəyinə inamını bildirib:

“Milli komandamıza Avropa çempionatında uğurlar arzulayıram. İnanıram ki, komandamız yaxşı nəticələr qazanacaq, voleybolçularımız hazırlıq prosesini yüksək səviyyədə davam etdirərək qarşıya qoyulan məqsədlərə çatacaqlar. Azərbaycan idman sahəsində mühüm nailiyyətlər əldə edib.

İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edərək dövlət bayrağımızı yüksəklərə qaldırıblar. İdmanın inkişafı və yeni uğurların qazanılması üçün federasiya olaraq dəstəyimizi bundan sonra da davam etdirəcəyik. Bütün azarkeşləri və idmansevərləri avqust ayında keçiriləcək Avropa çempionatının oyunlarına dəvət edirəm.

Azarkeşlərin dəstəyi komandamız üçün çox vacibdir və böyük motivasiya mənbəyidir. Gəlin, birlikdə milli komandamıza dəstək olaq”.

Həmin kateqoriyadan