AzDBTİA-da “ON1000”

Gənclər və idman nazirliyinin dəstəyi və tələbə gənclər təşkilatları ittifaqının təşkilatçılığı ilə Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında – “ON1000” – təhsil müəssisəsi daxili fəaliyyətlərinin stimullaşdırılması, institusional baza və koordinasiyalı fəaliyyətin formalaşdırılmasına dəstək proqramının açılışı olub.

Allsport.az saytı xəbər verir ki, AGİN-in sektor müdiri Elşən Hüseynov və ATGTİ-nin sədri Pərviz Mirələmli çıxış edərək, proqramın əhəmiyyəti və yaxın aylar ərzində tələbələrə verəcəyi töhfələr haqqında fikirlərini bölüşüblər. Sonra proqramın missiya və hədəfləri, fəaliyyət planı və intensivliyi haqqında ətraflı məlumat verilib.

Həmin kateqoriyadan