İdman akademiyasında multimedia mərkəzinə baxış

Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının konfrans zalında təhsil tələbə krediti fondunun nümayəndələri ilə görüş keçirilib. toplantıda AzDBTİA-nın elmi katibi Bəxtiyar Rüstəmov, tədris hissəsinin müdiri Nazim Abbasov, fakültə dekanları, inzibati heyət və akademiyada təhsil tələbə krediti üzrə məsul şəxslər iştirak ediblər.

Qonaq, fondun imkanları barədə məlumat verərək mexanizmin üstünlüklərindən danışıb. Müzakirələr zamanı AzDBTİA əməkdaşlarının təhsil tələbə kreditinə dair təklifləri dinlənilib, sualları cavablandırılıb.

Tədbir zamanı qonaqlara AzDBTİA-da tətbiq edilən son yeniliklər barədə məlumat verilib, həmçinin multimedia mərkəzi və elmi-tədris laboratoriyasına baxış keçirilib və hər 2 mərkəzin fəaliyyət istiqaməti onların diqqətinə çatdırılıb.

Həmin kateqoriyadan