Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı idman mütəxəssislərinə fəxri adlar verilib

Martın 3-də Gənclər və İdman Nazirliyində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı bir sıra idman mütəxəssislərinə fəxri adlar verilib. Allsport.az saytının məlumatına görə, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov idman ictimaiyyətini qarşıdan gələn Bədən Tərbiyəsi və İdman Günü münasibətilə səmimi qəlbdən təbrik edib, onlara idmanın inkişafında göstərdikləri xidmətə görə təşəkkür edib.

O bildirib ki, Azərbaycan mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. İdmançılarımızın qazandıqları medalların sayı ilbəil artır. Mən sizin hər birinizə çalışdığınız sahədə uğurlar diləyir və vətənimizə layiqli, mərd, cəsur idmançılar yetişdirməyinizi arzu edirəm.

Nazirliyin kollegiyasının qərarına əsasən, 19 mütəxəssis Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, 36 nəfər Əməkdar Məşqçi, 14 mütəxəssis respublika dərəcəli hakim və 13 nəfər Əməkdar İdman Ustası fəxri adı ilə təltif olunub.

Həmin kateqoriyadan