Tokio-2020: İdman gimnastikasında Britaniyanı azərbaycanlı əkiz bacılar təmsil edir

Tokio oyunlarında digər məmləkətlərdən çıxış edən daha 2 həmvətənimiz var. Allsport.az saytı xəbər verir ki, bunlar Cessika və Cennifer Qədirova əkiz bacılarıdır. 16 yaşlı gimnatstlar Böyük Britaniyanı təmsil edirlər.

Adı ilk çəkilən soydaşımız bu il İsveçrədə qitə Avropa çempionatının qalibi olub. Cennifer isə 2019-cu ildə yeniyetmələrin dünya birinciliyinin gümüş medalçısıdır.

Onların valideynləri azərbaycanlıdırlar. Natiq Qədirov bir müddət öncə müsahibəsində, 2001-ci ildə Böyük Britaniyaya köçdüklərini, 6 övladlarının olduğunu, Cessika və Cennifer 2004-cü ildə İrlandiyada doğulduğunu deyib.

Həmin kateqoriyadan