Bədii gimnastımız finala yüksələ bilmədi

Bədii gimnastımız finala yüksələ bilmədi

Bədii gimnastımız Zöhrə Ağamirova Tokio oyunlarında çıxışını başa vurub. Allsport.az saytı xəbər verir ki, o, fərdi çoxnövçülükdə təsnifatı adlaya bilməyib.

O, topla 23,400 xalla 16-cı, halqa ilə 23,000 xalla 17-ci olub. 20 yaşlı idmançımızın lentlə hərəkəti 19,900 xala layiq görülüb. Çıxışını gürzlərlə bitirən gimnastımız 21,500 xal alıb.

Təmsilçimiz 4 hərəkətin yekununda 87,800 xal yığıb, 11-ci yerdə qərarlaşıb və finala yüksələ bilməyib. Çünki ümumi siyahıda ilk 10 pillədə yer alanlar sabahkı finala yüksələcək.

Həmin kateqoriyadan