Bəyaz Alıyeva: “Azərreyl”ə qarşı gözəl oyun göstərdik

“Bahar kuboku”nu “Abşeron” voleybolçuları qazandı. Allsport.az saytı xəbər verir ki, komandanın liberosu Bəyaz Alıyeva görüşləri belə şərh edib:

“2 oyun keçirdik və hər 2 matçda qalib gəldik. Düşünürəm ki, biz final oyunundakı qələbəni ilk matçdan sonra təmin etmişdik. Yarışda ilk rəqibimiz “Azərreyl” idi və biz güclü rəqibə qarşı gözəl oyun göstərdik.

Final matçında isə “Murov” komandasına qalib gəldik. Bu mövsüm ölkə çempionatında da komandamız uğurlu çıxış edir. Artıq Super Liqada birinciliyi təmin etmişik, amma məqsədimiz növbəti matçları da qalib başa vurmaqdır.

“Bahar kuboku”ndakı qələbə bütün kollektivimizin uğurudur və bu qələbə münasibəti ilə “Abşeron” komandasının bütün üzvlərini təbrik edirəm”.

Həmin kateqoriyadan