- Baxış sayı: 93
- 24 Sentyabr 2026 23:59
- Baxış sayı: 93
- Sentyabr 24, 2026
- 0

Portuqaliyanın Çaves şəhərində çimərlik güləşindən dünya seriyası keçirilib. Allsport.az saytı xəbər verir ki, ilk dəfə bu rəqabətə qatılan bahadırlarımız uğurlu çıxış ediblər.
Oyan Nəzəriani (+90 kq) qızıl, Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq) gümüş medal qazanıblar.
Növbəti sınaq mayın 10-11-də Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək. Bu yarışlar oktyabrda ABŞ-da keçiriləcək dünya çimərlik oyunlarına lisenziya xalları verir.