- Baxış sayı: 61
- 12 Noyabr 2026 14:22
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Aprelin 8-14-də Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bahadırlarımız bu sınağın son hazırlıqlarına başlayıblar.
Martın 25-dən etibarən sərbəst və yunan-Romaçılarımız Olimpiya Güləş Mərkəzində bir araya gəlib. Qadınlardan ibarət yığmamız isə son toplanışı Ukraynada keçir. Martın 25-dən startı verilən toplanış aprelin 8-dək davam edəcək. Komandamız Buxarestə də Kiyevdən yollanacaq.
Qeyd edək ki, qitə çempionatının reqlamentinə əsasən, aprelin 8-10-də sərbəst, 10-12-də qadın, 12-14-də isə yunan-Roma güləşçiləri mübarizə aparacaq.