“Bakı-2015 Avropa çempionatı, mini-olimpiya oyunları qədər nüfuzlu turnirdir”

71 kiloqramadək çəki dərəcəsində yunan-Roma güləşi üzrə Rusiya çempionu Yuri Denisov deyib ki, Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında iştirak etməyə və qələbə qazanmaq üçün öz imkanlarından istifadə etməyə çalışacaq. Allsport.az xəbər verir ki, Denisov martın 11-də Sankt-Peterburqda başa çatmış Rusiya çempionatı zamanı final görüşündə saransklı Denis Murtazinə qalib gəldikdən sonra deyib:

“Avropa oyunlarına məqsədyönlü hazırlıq gedir, təlim-məşq toplanışları, yarışlar keçiriləcək. Bu turnirdə iştirak etmək üçün hər cür şansım var, axı mən öz çəki dərəcəmdə bu səfərin başlıca iddiaçısıyam. Çalışacağam ki, oyunlarda iştirak edim və öz imkanlarımdan istifadə edim. Bu, Avropa çempionatı, mini-olimpiya oyunları qədər nüfuzlu turnirdir. Əlbəttə, oyunların qalibi olmaq istəyirəm”.

Həmin kateqoriyadan