Bakı-2015-də Azərbaycanın voleybol millisi reytinqdə 1-ci səbətdə yer alıb

Bu gün Bakı 2015 Avropa Oyunları Voleybol yarışlarının seçim turunda iştirak edəcək qrupların tərkibini açıqlayıb. Allsport.az xəbər verir ki, birinci Avropa Oyunlarının Voleybol yarışlarında 12 kişi və 12 qadın idmançılardan ibarət komandalar iştirak edəcək. Həmin komandalardan doqquz kişi və doqquz qadın idmançı Avropanın son reytinq siyahılarında tutduqları yerlərə görə seçim mərhələsindən keçiblər.

Oyunlara ev sahibliyi edən ölkə kimi Azərbaycanın milli komandası seçim mərhələsində avtomatik olaraq iştirak edir. Digər iki komanda Avropa Voleybol Konfederasiyasının Liqasının son dörd yarışlarında tutduqları yerə əsasən iştirak etmək hüququna layiq görülmüşdülər.

Bakı 2015 Avropa Oyunarının voleybol üzrə qruplarının tərkibi haqqında ətraflı məlumat aşağıda əks olunmuşdur (mötərizədə komandaların Avropa reytinqlərindəki yerləri əks olunub). Həm kişilər, həm də qadınların yarışlarında Azərbaycan ev sahibi olaraq “A” qrupunun tərkibində çıxış edəcək.

Kişilər:

“A” qrupu: Azərbaycan (34 – ev sahibi), Serbiya (3), Polşa (4), Fransa (7), Finlandiya (8), Türkiyə (13)
“B” qrupu: Rusiya (1), İtaliya (2), Bolqarıstan (5), Almaniya (6), Belçika (9), Slovakiya (10)

Qadınlar:

“A” qrupu: Azərbaycan (12 – ev sahibi), İtaliya (2), Türkiyə (4), Polşa (6), Belçika (8), Rumıniya (15)
“B” qrupu: Rusiya (1), Serbiya (2), Almaniya (5), Hollandiya (6), Xorvatiya (8), Bolqarıstan (10)

Seçim mərhələsində komandalar daxil olduqları qrupların digər üzvləri ilə yarışacaqlar və hər qrupdan dörd komanda yarışların dörddə bir final mərhələsinə vəsiqə qazanacaq.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: “Voleybol Bakı 2015 Avropa Oyunlarının proqramına daxil olan ən məşhur idman növlərindən biridir və biz iyun ayında Bakıda yüksək səviyyəli yarışlar keçirməyi böyük səbirsizliklə gözləyirik”.

Hazırkı Olimpiya Çempionu Rusiya London Olimpiya Oyunlarının bürünc medal sahibi olan İtaliya ilə kişilərin B qrupunda yarışacaq. A qrupunda isə dünya çempionu Polşa ilə güclü Serbiya komandası, eyni zamanda, keçən il Dünya Çempionatında uğurla çıxış edən və dördüncü yerə layiq görülmüş Fransa ilə yarışacaq. 2011 və 2013-cü illərin Avropa Çempionatlarının final mərhələsinin iştirakçıları Serbiya, Rusiya və Almaniya eyni qrupa təyin edildikləri üçün qadınlardan ibarət seçmə turların yarışları xüsusi marağa səbəb olacaq.

Avropa Voleybol Konfederasiyasının prezidenti cənab Andre Meyer deyib: “Avropanın bütün ən güclü komandaları Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarında yarışacaqlar və qrupların tərkibi bizə yarışların başlamasından etibarən bir sıra yüksək səviyyəli yarışları izləməyə imkan yaradacaq və biz əminik ki, Azərbaycanda keçiriləcək voleybol yarışları Bakı 2015 Avropa Oyunlarında ən maraqlı yarışlardan biri olacaq”.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin İdman şöbəsinin direktoru cənab Pirs O’Kallaqan söyləyib: “Avropanın ən güclü voleybol komandalarının əksəriyyəti Avropa Oyunlarında. Nəzərə alsaq Avropa Oyunlarında iştirak edəcəklər və bu onlara 2016 Rio Olimpiya Oyunlarında iştirak etmək fürsəti yaradır, beləliklə bizi iki həftə ərzində davam edən həyəcanverici oyunlar gözləyir”.

Bakı 2015 Avropa Oyunlarının Voleybol yarışları 13 iyun tarixindən etibarən Crystal Hall məkanında keçiriləcək və yarışlarda 336 idmançı iştirak edəcək.

Həmin kateqoriyadan