- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 25
- May 11, 2026
- 0

Azərbaycan voleybol federasiyasının idman zalında 2006-2007 təvəllüdlü qızlar arasında Bakı birinciliyinə start verilib.
Allsport.az xəbər verir ki, Bakı idman idarəsi və federasiyanın birgə keçirdiyi yarışda 6 komanda (UGİM, Xətai, Azərreyl 1, Azərreyl 2, Abşeron, Azəri) iştirak edib. Birincilik dairəvi sistem üzrə keçirilir. Yarışın ilk günündə “Azərreyl 1” komandası “Azərreyl 2″ni, “Azəri” komandası isə “Xətai”ni 2:0 hesabı ilə məğlub edib.
Ən çox xal qazanan komanda Bakı birincisi olacaq. Növbəti tur noyabrın 16-da baş tutacaq.