“Bakı formula-1 yarışını yüksək səviyyədə keçirdi və sübut etdi ki, bunun təşkilini haqq edib”

Bakı Şəhər Halqası əməliyyat şirkətinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə formula-1 idmanından yazan jurnalistlər üçün “Sürətin nəbzini tut!” mövzusunda ikigünlük təlimi davam edir. Allsport.az saytı xəbər verir ki, məşğələnin 2-ci gününün ilk yarısında beynəlxalq təcrübəyə malik jurnalist və multimedia mütəxəssisi Dan Manson idmanın bu növünün işıqlandırılması qaydalarından danışdı.

Günün 2-si yarısında formula-1 yarışının şərhçisi Aleksey Popov qonaq olub. Rusiyalı mütəxəssis Bakı Şəhər Halqasının şəninə tərif dedi. “Biz zamanında bir dovlətin tərkibində olmuşuq. «Neftçi» klubunu yaxşı xatırlayıram. Tofiq Bəhramov adına stadionda oynayırdılar. Düzdür, indi bilmirəm klub fəaliyyətini davam etdirir, ya yox. Paytaxtınız neft və küləklər şəhəri kimi tanınır. Bir çox bağlılığımız var.

İlk dəfə Bakıya ötən il təşrif buyurdum. Şəhər məni yaxşı mənada təəccübləndirdi. Formula-1 nüfüzlü idman növüdür. Burada hər şey ciddidir, qaydalara riayət etmək lazımdır. Bakı formula-1-i yüksək səviyyədə keçirdi və sübut etdi ki, bunun təşkilini haqq edib. Halbuki Koreya kiim təcrübəli ölkə bunu bacarmadı”.

 

Həmin kateqoriyadan