Bakı İdman Sarayında meydan gənc bahadırlara verilib

Bakı İdman Sarayında gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi start götürüb. Allsport.az saytı xəbər verir ki, yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1997-1999-cu il təvəllüdlü idmançılar iştirak edirlər.

İlk yarış günündə sərbəst güləş üzrə 205 pəhləvan mübarizə aparır. Yarışların təntənəli açılış mərasimi saat 17:00-da baş tutacaq, ardınca isə günün final görüşləri keçiriləcək.

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaqlar.

Həmin kateqoriyadan