Bakı “Lokomotiv”i “Alyants Ştuttqart”ı məğlub yola saldı

Bakı “Lokomotiv”i “Alyants Ştuttqart”ı məğlub yola saldı

Bu gün Bakının qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu Avropa Çempionlar Liqasında növbəti oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, 3-cü turda “dəmiryolçular” doğma divarlar arasında Almaniya “Alyants Ştuttqart”ını qəbul edib.

Türkiyəli baş hakim Nurpər Özbarın idarə etdiyi oyunda ev sahibələri rəqibi  üstələyib – 3:0 (25:18, 25:17, 25:18). “A” qrupunda mübarizə aparan “Lokomotiv” ilk görüşdə “Dinamo Kazan”a 1:3 hesabı ilə məğlub olsa da, Bakının “Azərreyl” komandasına 3:1 hesabı ilə qalib gəlib.

Həmin kateqoriyadan