- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 76
- May 11, 2026
- 0

11-14 oktyabrda Su İdmanı Sarayında çimərlik voleybolu üzrə beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, mükafat fondu 4000 avro olacaq yarışda kişilərdə Azərbaycan, Avstriya, Çex Respublikası, Danimarka, Finlandiya, Fransa, Yunanıstan, İtaliya, Latviya, Niderland, Rusiya, Sloveniya, İsveç, Türkiyə və Ukrayna komandaları çıxış edəcəklər.
Qadınların mübarizəsində Azərbaycan, Avstriya, Belçika, Belarus, Cənubi Kipr, Çex Respublikası, Danimarka, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Niderland, Rusiya, Şotlandiya, Sloveniya və İsveç milliləri yer alıblar.
Ölkəmizi bu turnirdə Ruslan Əliyev – Vüsal Qurbanov, Vadim Kutukov – Pərviz Səmədov, Fidan Ağaməmmədova – Dünya Vəliyeva, İlhamə Əliyeva – İrina Abbaszadə və Nazilə Səlimova – Viktoriya Ağakişiyevadan ibarət cütlüklər təmsil edəcəklər.