- Baxış sayı: 159
- 02 Avqust 2026 16:27
- Baxış sayı: 234
- İyul 30, 2026
- 0

Bakıda çimərlik voleybolu üzrə növbəti “Meydanın kraliçası və kralı” qarışıq cütlər turniri baş tutub.
Allsport.az xəbər verir ki, Bakı su idmanı sarayında təşkil olunan yarışda 12 komanda çempionluq uğrunda mübarizə aparıb.
Turnirdə həm peşəkar, həm də həvəskar voleybolçular iştirak ediblər. Yarışın reqlamentinə əsasən, hər komanda bir qadın və bir kişi voleybolçudan ibarət olub.
Bütün rəqiblərinə qalib gələn Vilde Atvars və İlze Atvars cütü turnirin qalibi adına layiq görülüb.
Yarışın sonunda keçirilən mükafatlandırma mərasimində qaliblərə tac, diplom, medal, həmçinin Azərbaycan voleybol federasiyasının tərəfdaşları tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.