Bakıda fəxri kürsüyə çıxmış Alina Kabayeva uzun illər sonra əkiz oğlan uşaqları dünyaya gətirdi

Bədii gimnastika üzrə olimpiya çempionu Alina Kabayeva ana olub. Allsport.az saytı xəbər verir ki, o, əkiz oğlan uşaqları dünyaya gətirib.

Moskvada klinikalardan birində doğuş edən 36 yaşlı ünlü idmançı VİP palatada yerləşib. Qaldığı 4-cü mərtəbəni mühafizəçi qoruyub və həmin qatda o yalnız olub. Alinaya özəl qulluq göstərilib. Yeməklər paytaxtın kübar restoranlardan gətirilib. Əkizlərin adları və atalarının kimliyi barədə hələ bilgi yoxdur.

Kabayeva dəfələrlə Bakıya səfər etsə də, 2005-ci ildə dünya, 2007-ci ildə keçirilmiş Avropa çempionatlarında iştirak etməyib. Buna rəğmən, paytaxtımızda təşkil olunmuş beynəlxalq yarışlarda Alina fəxri kürsüyə çıxıb. O, milimizdən Dinarə Gimatova ilə Aliyə Qarayevanın əsas rəqiblərindən olub.

Həmin kateqoriyadan