- Baxış sayı: 111
- 30 İyun 2026 23:39
- Baxış sayı: 84
- İyul 03, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, iyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək yeniyetmələrin dünya birinciliyinə 650 güləşçinin adı qeydiyyatdan keçirilib. Tədbirlə bağlı Azərbaycana ümumilikdə 1000-dən artıq qonağın gəlişi gözlənilir.
Çempionatın ilk günlərində meydan yunan-Roma güləşçilərinə veriləcək. Ardınca qızlar mübarizəyə qoşulacaqlar. Yarışın son günlərində sərbəst güləşdə qaliblər müəyyənləşəcək.
Milli gimnastika arenasında görüşlər hər gün saat 10:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 18:00-da start götürəcək. Təntənəli açılış mərasimi 27 iyul saat 17:15-də baş tutacaq.