Bakıda və İstanbulda final görüşləri olmayacaq

Dünya güləş birliyi Paris olimpiadası üçün qitə və dünya seçmələri üçün yeni qaydaları təsdiqləyib. Allsport.az saytı xəbər verir ki, növbəti “dördilliy”in təsnifat mərhələsinin 5 iştirakçısının hamısı çəki dərəcələrinin hər birində 4 sıradan çıxacaq və qızıl medal uğrunda görüşlər olmayacaq.

2024-cü ildə siftə fevralın 28-dən martın 1-dək Meksikanın Akapulko şəhərində Pan-Amerika yarışları ilə başlayacaq. Bundan sonra 22-24 martda Misirin İsgəndəriyyə şəhərində Afrika və Okeaniya ələmələri, Bakıda Avropa seçmələri olacaq. 4-7 aprel və 19-21 aprel tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə Asiya təsnifat mərhələsi, mayın 9-dan 12-dək İstanbulda dünya oilimpiya təsnifatı keçiriləcək.

4 qitə ələməsində yarımfinallar Paris-2024-ə vəsiqə uğrunda mübarizə aparacaq. Bu qitə miqyaslı yarışlar zamanı təkrar döyüş, bürünc və qızıl medal uğrunda görüşlər keçirilməyəcək. 6 olimpiya çəkisinin hər birinin finalçısı Paris oyunlarına adlayacaq və bu yarışlarda başqa heç bir kvota verilməyəcək. Səhər sessiyasında 1/4 finaladək görüşlər, axşam isə fasilə və yarımfinallar keçiriləcək. Bu yarımfinalın qalibləri öz ölkələrinə Paris oyunlarına vəsiqə qazanacaqlar.

Dünya təsnifatında yarımfinalın qalibləri “dördilliy”ə lisenziya qazanacaq. Bürünc medal uğrunda görüşlərin 2 qalibi hər çəkidə 3-cü yer uğrunda mübarizə aparacaq. Bu yarış zamanı qızıl medal uğrunda görüş keçirilməyəcək.

Rəqabət 2-günlük formatda keçiriləcək, təsəlliverici tutaşma 2-ci günə təyin olunacaq. 2-ci gündə bütün güləşçilər bürünc medal uğrunda görüşə çıxmaq üçün çəki ölçmələrindən keçməli və təkrar mübarizə aparmalı olacaqlar.

Ümumilikdə 144 bahadır öz qitələrindən Paris oyunlarına vəsiqə qazanmağa çalışacaq Daha 54 güləşçi Türkiyədə bu sevinci yaşayacaq. Olimpiadaya ilk vəsiqə bu ilin sentyabrın Belqradda keçirilən dünya çempionatında müəyyənləşib və buna 90 nəfər nail olub.

Həmin kateqoriyadan