Bakıdakı dünya çempionatının yeni vaxtı

Bakıdakı dünya çempionatının yeni vaxtı

Koronavirus pandemiyası səbəbiylə təxirə salınan aerobika üzrə dünya çempionatının yeni tarixi məlum olub. Allsport.az xəbər verir ki, federasiya Bakıda keçirilməsi planlaşdırılan yarışın 2021-ci ildə baş tutacağını açıqlayıb.

COVID-19 pandemiyasına görə təxirə salınan bütün turnirlərin 2021-ci ilin yayında keçiriləcəyi vurğulanıb. Aerobika üzrə dünya çempionatının 14-16 may tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulmuşdu.

Bundan başqa, martın 12-də Bakıda başlayan, amma eyni səbəblə martın 13-də dayandırılan idman gimnastikası yarışı barədə də qərar verilib. Federasiya yarışdakı nəticələrə uyğun olaraq Tokio-2020 yay olimpiya oyunlarına lisenziya xallarının veriləcəyini bildirib.

Həmin kateqoriyadan