Bakıdakı dünya kuboku Tokio oyunlarına seçmədir

14-17 martda paytaxtda kişi və qadın idman gimnastikası üzrə dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarış Tokio-2020 yay olimpiya oyunlarına yollanmaq istəyənlər üçün mühüm keçiddir.

Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 51 ölkə artıq qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 167 kişi və 80 qadın idman gimnastının mübarizə aparacağı gözlənilir. Çox sayda olimpiya mükafatçıları, dünya və Avropa çempionatı medalçılarının qatılacağı turnirin adlar ilə olan siyahısı isə fevralın ortalarında açıqlanacaq.

4-günlük yarışların ilk 2 günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq. Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Həmin kateqoriyadan